“Sən demə azadlıq Aymış , Günəşmiş”

“Sən demə azadlıq aymış , günəşmiş”

18.10.2019-cu il  tarixində Dövlət Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa keçirildi. Tədbirdə 9-10-11-ci sinif şagirdləri iştirak edirdi. Dövlət himnin oxunmasından sonra şagirdlər tərəfindən hazırlanan təqdimat nümayiş etdirildi. Video çarxda həmin tarixi anları əks etdirən kadrlar yer almışdı.  Dəyirmi masa ətrafında şagirdlər XX yüzilliyin sonunda sovetlər birliyinin süqutundan sonra yaranan əlverişli şəraitdə xalqımızın siyasi tarixində baş verən ikinci müstəqillik qələbəsindən söhbət açdılar. Ölkəmizin tənəzzüldən dirçəlişə doğru gedən  inkişaf dinamikasından , dövlət atributlarının bərpasından , ölkə üçün əhəmiyyətli sayılan müxtəlif sazişlərin, müqavilələrin imzalanmasından danışdılar. Sonra şagirdlər istiqlaliyyət uğrunda mübarizəni öz əsərlərində tərənnüm edən ədəbiyyat nümayəndələrinin şeirlərindən, əsərlərindən  söz açdılar. Bu dövrdə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi , təcavüzə qarşı ümumxalq mübarizənin təşkili, suveren hüquqların qorunması idealarını   poeziyamızda təbliğ edən Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə , Məmməd Araz, Qabil və başqa ədəbiyyat nmayəndələrinin xidmətləri haqqında danışdılar. Sonda şagirdlərimiz Xəlil Rza Ulutürkün şeirlərindən hazırlanmış kompozisiya ilə tədbiri yekunlaşdırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi