“Üfüqlərin al günəşi-Azərbaycanım mənim” adlı ədəbi bədii tədbir keçirildi

18.10.2019-cu ildə məktəbimizin 4-cü siniflərində “Üfüqlərin al günəşi-Azərbaycanım mənim” adlı ədəbi bədii tədbir keçirildi. Şagirdlər bu günün Azərbaycan tarixində əlamətdar hadisə olmasından söhbət açdılar. Müstəqilliyi xalqımızın tarixi nailiyyəti kimi qiymətləndirən şagirdlər öz çıxışlarında ölkənin getdikcə artan qüdrətini tərənnüm etdilər. Uşaqların müxtəlif şeir , rəqs və musiqi nömrələri ilə çıxışı tədbirə xüsusi zövq verdi.Tədbirdə çıxış edən məktəb direktoru Rəna Süleymanova bu bayram münasibətilə onları təbrik edərək açılan hər sabahın Azərbaycan dövləti üçün uğurlu olmasını və hər zaman üfüqlərdə al günəş kimi dünyaya işıq saçmasını  arzuladı. Əldə olunan bu müstəqilliyin , qüdrətli və möhkəm dövlətin qorunub saxlanılmasının məhz onların əlində olmasını vurğuladı Sonda şagirdlərimiz bayram rəqsi ilə tədbiri yekunlaşdırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi