“Azadlığın rəngləri” Müstəqillik Gününə həsr olunmuş rəsm sərgisi

18.10.2019-cu il tarixində məktəbimizdə 18 oktyabr  Müstəqillik Gününə həsr olunmuş silsilə tədbirlər keçirildi. Bu tədbirlərdən biri “Azadlığın rəngləri”adlı rəsm sərgisi idi. Sərgidə kətan üzərində yağlı boya ilə çəkilmiş şəkillər yer almışdı. Nümayiş etdirilən ekspozisiyalarda şagirdlər azadlığın çalarlarını öz düşüncələrində fikirləşdikləri kimi təzahür etdirməyə çalışmışdılar. Sərgilənən əsərlər texnika müxtəlifliyi ilə fərqlənsələr də mövzu ahəngliyi ilə eynilik təşkil edirdi. Şagirdlər Azərbaycanın müstəqillikdən sonra əldə etdiyi uğurlarını , memarlıq abidələrini, müasir ölkəmizin bu günkü dirçəlişini öz əl işlərinə köçürə bilmişdilər. Bu cür sərgilərin məktəbimizdə təşkil olunması yetişməkdə olan gənc nəslin bu sənət növünə marağının artırılmasında önəmli yer tutur.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi