Şagirdlərimiz EXPO Mərkəzdə iştirak etdilər

11.10.2019-cu il  tarixində məktəbimizin 9-11-ci sinif şagirdləri Bakı Expo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil sərgisində oldular. Hər il olduğu kimi sərgiyə bir çox ölkələrdən iştirakçılar qatılmışdı. Sərgidə Escape room”, “Məktəbdənkənar fəaliyyət”, “Təhsil Texnologiyalar Mərkəzi”, “Gənc Müəllimlər Assosiasiyası”, “Bir Tələbə-Könüllü proqramı”, SABAH qrupları ilə bağlı stendlər  və “Təhsil TV”  Media Mərkəzi təqdim olunmuşdu. Eyni zamanda  yerli və  xarici universitetlər, dil kursları, təhsil mərkəzləri də həmin sərgidə iştirak etmişdi. Sərgi iştirakçıları şagirdlərə təhsil müəssisələri , onları fəaliyyəti , dərs mühiti barədə məlumat verib intellektual oyunlarla şagirdlərin diqqətini cəlb etdilər. Şagirdləri maraqlandıran suallar cavablandırdılar . Sonda isə şagirdlərimiz xatirə şəkli çəkdirdilər.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi