Şagirdlərimiz dispanserizasiyadan keçirildi

     Məktəbimizdə 11.10.2019-cu il tarixində uşaqların  icbari dispanserizasiyası keçirildi. Dispanserizasiyanın keçirilməsində məqsəd uşaqlar arasındakı xəstəliklərin vaxtında aşkar edilməsi , tibbi müayinələrin aparılmasıdır.  4,7,8,9,10,11-ci sinif şagirdləri dəvət olunmuş həkimlər tərəfindən məktəb daxilində , digər siniflərin şagirdləri isə müəyyən olunmuş ərazi üzrə poliklinikalara göndərildi. Bu halda  aşkar edilmiş xəstəliklər , uşaqların müalicəyə cəlb edilməsi daha da asanlaşır. Məktəbimizdə aparılan bu kimi tədbirlər nəticəsində uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşayiət olunur. Məktəbə dəvət olunan tibb işçiləri : nevropatoloqlar, okulistlər, pediatrlar və s. həkimlər şagirdləri müayinədən keçirərək onlara lazımi tövsiyyələr verdilər. Dispanserizasiyanın aparılması uşaqlar və valideynlər arasında maarifləndirmə işlərinin və xəstəliklərin ilkin profilaktikasını gücləndirir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi