Üzeyir Hacıbəyov

18 Sentyabr Azərbaycan Milli Musiqi günüdür. Bu gün Azərbaycan operasının banisi Üzeyir Hacıbəylinin doğum günü ilə bağlıdır. Hər il olduğu kimi bu il də məktəbimizin şagirdləri dahi bəstəkarın ev muzeyində oldular. Muzeydə həmçinin Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və bir sıra dövlət nümayəndələri iştirak edirdi. Bəstəkarın yaşadığı, doğulub boya başa çatdığı bu ev nəinki yerli qonaqların həmçinin xarici ziyarətçilərin də hər zaman sevə-sevə gəldiyi bir muzeydir. Burada Üzeyir bəyi xatırladan hər bir əşya şagirdlərin marağına səbəb oldu. Maraqlı və klassik üslubda olan ev insanları sanki əvvəlki dövrlərə aparır. Bəstəkara məxsus not kağızları, qələm, royal və s. bələdçilər tərəfindən sevə-sevə nümayiş etdirilirdi. Şagirdlər milli musiqimizin tarixi, Üzeyir Hacıbəylinin yaradıcılığı, onun əsərləri haqqında dolğun məlumat əldə etdilər. Onun xatirəsi xalqımız tərəfindən hər zaman anılacaq və əbədi olaraq qəlblərdə yaşayacaq.

 Sonda şagirdlərimiz xatirə şəkli çəkdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi