4-cü sinif şagirdlərinin iştirakı ilə böyük bayram konserti keçirildi

İyunun 13-də 4-cü sinif şagirdlərinin iştirakı ilə böyük bayram konserti keçirildi. Şagirdlər məktəbə, müəllimlərinə, Azərbaycana həsr olunmuş bir-birindən gözəl mahnı və rəqslər ifa etdilər, hazırladıqları maraqlı səhnəcikləri nümayiş etdirdilər. Hər sinfin çıxışı özünəməxsus idi.Şagirdlərin  bəziləri sinif yoldaşlarına, məktəb həyatına həsr olunmuş musiqi ilə müşayiət olunan kiçikhəcmli məzəli şeirlər söylədilər. Digərləri milli dəyərlərimizi özündə əks etdirən kiçicik səhnəciklər göstərdilər. Sonda bütün şagirdlər "Yallı" getdilər. Şagirdlərin əlvan libasları, yüksək əhval-ruhiyyələri, otağın tərtibatı, valideynlərin alqışları tədbirə xüsusi rəng qatdı. Sonda xatirə şəkilləri çəkdirildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi