Sağlam Təhsil siniflərində "Məzun günü" və OCEP 2019 layihəsi çərçivəsində tədbir

İyunun 12-də "Sağlam təhsil" layihəsi üzrə təhsil alan 4-cü siniflərdə "Məzun günü" keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Rəna Süleymanova açaraq şagirdləri, müəllimləri, valideynləri və qonaqları salamladı və tədbiri açıq elan etdi. Söz dördüncülərə verildi. Onlar məktəbə, müəllimlərinə həsr olunmuş şeirlər söylədilər, mahnılar və rəqslər ifa etdilər. Bədii hissə bitdikdən sonra sağlam və düzgün qidalanmaya həsr olunmuş təqdimat başladı. Şagirdlərin bir hissəsi zərərli qidalar haqqında maraqlı səhnəcik hazırlamışdılar. Onlar çips, kola, saqqız, pop-korn  kimi zərərli ərzaqları özləri yeyərək başqalarına da təklif edirdilər. Bu zaman digər şagirdlər sağlam qida haqqında məlumat verməyə başladılar. Onlar hazırladıqları salatlar, bu salatların tərkibinə daxil olan ərzaqlar haqqında geniş məlumat verdilər və hazırladıqları salatları, çəkdikləri şirələri birdəfəlik qablarda tədbir iştirakçılarına təqdim etdilər. Sonra şagirdlərin fiziki tərbiyə sahəsində qazandığı nailiyyətlərə baxış keçirildi. Şagirdlər komandalara bölünərək OCEP2019 layihəsi çərçivəsində  dostluq yarışları keçirdilər. Estafet yarışı Bakı və Riqa komandalarının birgə qələbəsi ilə nəticələndi. Daha sonra tədbir iştirakçıları Mikayıl Müşfiqin abidəsi önünə əklil qoydular. Sonda Azərbaycan və Latviya ölkələrinin bayraqlarını təmsil edən əlvan şarlar göyə uçuruldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi