Böyük Summativ Qiymətləndirmə davam edir
Məktəbdə Böyük Summativ Qiymətləndirmə davam edir. Artıq bir çox siniflərdə təlim dili və riyaziyyat fənləri üzrə qiymətləndirmə keçirilmiş, testlər yoxlanılaraq şagirdlərə paylanılmış, səhvlər üzərində iş aparılmış, şagirdlərə növbəti tədris ili üçün tövsiyə və tapşırıqlar verilmişdir. X siniflərdə buraxılış fənləri üzrə qiymətləndirmə keçirildikdən sonra təmayülündən asılı olaraq şifahi sorğular başlamışdır. I qruplar fizika və kimya, II qruplar tarix və coğrafiya, III qruplar tarix və ingilis dili fənləri üzrə il ərzində əldə etdikləri biliklərini nümayiş etdirdilər. Qiyməti ilə razı olmayan şagirdlərə yenidən cavab vermək şansı verildi.