Yazıçı Solmaz Amanova ilə görüş

İyunun 7-də məktəbimizin 3-cü sinif şagirdləri "Mütaliə vərdişlərinin təkmilləşdirilməsi və nitq mədəniyyətinin formalaşdırılması" layihəsi çərçivəsində yazıçı Solmaz Amanovanın "Qızıl hərflər" hekayəsini müzakirəyə çıxardılar. Yazıçı Solmaz Amanova özü də  şagirdlərin qonağı oldu. Əvvəlcə sinif müəllimi Mehriban Qocayeva Solmaz Amanovanın həyat və yaradıcılığı haqqında məlumat verdi. Sonra şagirdlər hekayənin müzakirəsinə başladılar. Onlar hekayənin süjet xəttini, məzmununu, yazı üslubunu, hekayədəki obrazları təhlil etdilər. Təhlili zamanı onlar hekayənin maraqlı hissələrini səhnələşdirmişdilər. Qoca Ağsaqqal, şah obrazları şagirdlər tərəfindən xüsusilə maraqlı canlandırıldı. Otağın tərtibatı, bu tərtibatda  milli dəyərlərimizin yer alması müzakirənin ümumi gedişatına xüsusi rəng qatdı.Daha sonra şagirdlərin hazırladıqları təqdimatlar nümayiş olundu. Ölkəmizin zəngin keçmişini, bu gününü, gələcəyini əks etdirən bu təqdimatlar muğamlarımızla müşayiət olunurdu. Müzakirələr bitdikdən sonra Solmaz Amanova söz aldı. O, şagirdlərə hekayənin məzmunu üzrə suallar verdi, özü də şagirdlərin çoxsaylı suallarını cavablandırdı və şagirdləri gözəl çıxışları münasibətilə təbrik etdi. Şagirdlər Solmaz Amanovaya hekayənin məzmunu üzrə çəkilmiş və üzərində yazıçının "Mənim sehrli dünyam" əsərinin üz qabığı yerləşdirilmiş rəsm işini və qədim Azərbaycan  çarıqlarını hədiyyə etdilər. Sonda xatirə şəkilləri çəkdirildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi