"İnsan hüquqları aylığı" çərçivəsində müzakirələr keçirildi
Bu gün məktəbimizin 3-cü və 4-cü sinif şagirdləri ilə "İnsan hüquqları aylığı" çərçivəsində müzakirələr keçirildi. Şagirdlərə İnsan Hüquqları Bəyannaməsinin bəndləri haqqında məlumatlar verildi. Ölkəmizdə uşaqların müxtəlif hüquqlara malik olduqları və bu hüquqların müdafiəsi çərçivəsində həyata keçirilən tədbirlər sırasında Uşaq hüquqlarının tədrisinə xüsusi yer ayrıldığı da şagirdlərin diqqətinə çatdırıldı. Uşaqlara bildirildi ki, hazırda uşaq hüquqları ilə əlaqədar olan beynəlxalq sənəd 20 noyabr 1989-cu ildə BMT tərəfindən qəbul edilən və 193 ölkə tərəfindən təsdiq edilmiş olan Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Haqqında Konvensiyasıdır. Tədbirin keçirilməsində məqsəd şagirdləri öz hüquq və vəzifələri ilə yanaşı, qanunla doğulduqları gündən sahib olduqları təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlara malik olmaları ilə tanış etmək idi.