Ekoklub üzvlərinin təqdimatı: Yaşıl dizayn

“1 iyun- Uşaqları Beynəlxalq Müdafiə günü”münasibətilə VIIç sinfinin şagirdlərindən ibarət “Ekoerudit” Ekoklubun üzvlərinin I sinif şagirdləri ilə görüşü keçirildi. Görüşdə məktəbin yaşıl dizaynına həsr olunmuş təqdimat nümayiş etdirildi. Gənc ekoloqlar balaca dostlarına otaq bitkilərinin bioloji xüsusiyyətləri, mənşəyi və əhəmiyyəti haqqında məlumat verdilər. I sinif şagirdləri otaq bitkiləri haqqında öz biliklərini bölüşdülər. “Hansı otaq bitkiləri sinif otağı və mənzil üçün daha faydalıdır?”, “Zəhərli otaq bitkiləri varmı?”, “Hansı otaq bitkiləri suya tələbkar deyil?” və digər suallara birlikdə cavab axtaran uşaqlar otaq bitkilərinin maraqlı xüsusiyyətləri haqqında yeni biliklər öyrəndilər. Ekoklub üzvləri balaca dostları ilə birlikdə “master-klass” keçirib, əkin üçün torpağın düzgün seçilməsi və otaq bitkilərinin artırılması qaydalarını əyani olaraq nümayiş etdirdilər. Gənc ekoloqlar I sinif şagirdlərini “1 iyun-Uşaqları Beynəlxalq Müdafiə günü” münasibətilə təbrik edərək, otaq bitkilərini, Azərbaycan faunasının bioloji müxtəlifliyinə aid xüsusi təyinediciləri, “Meşənin həyatı” adlı posteri və “Azərbaycanın təbiət gözəlliklləri” adlı videofilmi onlara hədiyyə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi