“Hüquqlarımızı birlikdə tanıyaq” mövzusunda dərs-təqdimat keçirildi
Bu gün “İnsan hüquqları aylığı” çərçivəsində 9-cu sinif şagirdləri “Bu mənəm və mənim hüquqlarımdır” mövzusunda dərs-təqdimat keçirdilər. Dərsdə insan hüquqlarının hər bir şəxsin həyat təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş qanunlar toplusu olduğu vurğulandı. Eyni zamanda Azərbaycanda bu qanunların tətbiqi ilə bağlı digər Avropa ölkələri ilə müqayisələr aparıldı. Dərsdə “İnsan hüquqları” ifadəsi nə deməkdir?”, “İnsan hüquqlarının hansı növləri mövcuddur və onlar necə yaranmışdır?”,”Hüquqlarımızın yerinə yetirildiyinə əminikmi?” kimi suallara cavablar verildi. Sonra şagirdlər BMT və insan hüquqları, BMT-nin mühüm konvensiyaları, insan hüquqları üzrə aparılan işlər və Ambudsmanın fəaliyyəti barədə müzakirələrə qoşuldular. Sonda şagirdlər “Hüquqlarımızı birlikdə tanıyaq” devizi ilə əl-ələ birləşərək tədbiri yekunlaşdırdılar.