Şagirdlərimiz Atletlər kəndində oldular
01 iyun 2019-cu il tarixində məktəbimizin idman müəllimləri Telman Məmmədov və Ramil Həbibov bir qrup şagirdlə birlikdə OCEP2019 layihəsi çərçivəsində Bakının Atletlər kəndində oldular. Orada iştirakçılar idmanın atletika, basketbol, tennis və velosiped növü üzrə təşkil olunmuş tədbirlə yaxından tanış oldular. Tədbirdə Gənclər və İdman naziri Azad Rəhimovun, Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadənin, təhsil nazirinin müavini Firudin Qurbanovun və Olimpiya çempionlarımızın iştirakı və çıxışları maraqla qarşılandı. Şagirdlərimiz özləri də tədbir zamanı təşkil edilən idman yarışlarında iştirak etdilər. Tədbir xoş təəssüratlarla yadda qaldı.