“Milli adət-ənənələrimiz şagirdlərin gözü ilə”

17.03.2016 tarixində məktəbin 6ç sinif şagirdləri tərəfindən “Milli adət-ənənələrimiz şagirdlərin gözü ilə” adlı tədbir keçirildi. Tədbirdə şagirdlər milli mətbəximizdən hazırladıqları şirniyyatları müəllim və valideynlərinə təqdim etdilər. Özünəməxsus qab-qacaqlarla, xonçalarla, milli ornamentlərlə bəzədilmiş məkanda şagirdlər Azərbaycan mətbəxini, süfrə mədəniyyətini nümayiş etdirə bildilər. Sonra şagirdlər zəngin və çoxəsrlik Novruz ənənələrini, Novruz inanclarını böyük maraqla nümayiş etdirdilər. Öz unikallığı, xoşniyyətliliyi ilə seçilən bu bayramın xalqımızın əsrlər boyu qoruyub saxladığı, milli-mənəvi dəyərlərə sədaqətin rəmzi olduğu şagirdlər tərəfindən bir daha vurğulandı.Tədbir şagirdlərin çıxışları və xalq mahnıları ilə yekunlaşdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi