Böyük Summativ Qiymətləndirməyə start verildi
İyun ayının 1-də Böyük Summativ Qiymətləndirməyə start verildi. BSQ-nin 4, 9 və 11-ci siniflərdə bütün fənlər üzrə, 5-8-ci siniflərdə isə buraxılış fənləri üzrə keçirilməsi nəzərdə tutulur. 23.05.2019-cu il tarixli Məktəb Pedaqoji Şurasının qərarına əsasən 10-cu siniflərdə buraxılış fənləri ilə yanaşı 3 seçilmiş fənn üzrə şifahi qiymətləndirmə keçiriləcək. Artıq mövzular şagirdlərə paylanılmış, qiymətləndirmə komissiyası tərəfindən testlər tərtib olunmuşdur. İlk olaraq 5 və 6-cı siniflərdə Azərbaycan dili və ingilis dili fənləri üzrə qiymətləndirmə keçirildi. Növbəti günlərdə əvvəlcədən tərtib olunmuş qrafik üzrə qiymətləndirmə davam edəcək. Bütün şagirdlərə uğurlar arzulayırıq!