Valideynin məktəbdə bir günü

Mayın 31-də məktəbimizdə “Valideynin məktəbdə bir günü” layihəsi keçirildi. Layihənin keçirilməsində məqsəd valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığının təmin olunması, qeyri-formal mühitdə məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyət platformasının yaradılmasıdır. Valideynlər qeydiyyatdan keçdikdən sonra məktəbin konfrans zalında toplaşdılar. Məktəbin direktoru valideynləri salamladıqdan sonra 2018/2019-cu tədris ilində həyata keçirilən əhəmiyyətli hadisələr, tədbirlər, açıq dərslər, bilik yarışları, olimpiadalar haqqında ətraflı məlumat verdi, valideynlərin rəy və təklifləri dinlənildi. Sonra məktəbin istedad və bacarıqları ilə seçilən şagirdləri öz uğur hekayələri ilə bölüşdülər, məktəbə və valideynlərə təşəkkürlərini bildirdilər. Rəsmi hissə bitdikdən sonra valideynlər siniflərə daxil olaraq dərsləri müşahidə etdilər, tədris prosesi ilə yaxından tanış oldular. Dərsdinləmələr bitdikdən sonra valideynlər yenidən konfrans zalında toplaşdılar. Əvvəlcə valideynlər dinlədikləri dərslər haqqında fikirlərini bildirdilər, maraqlı təkliflər irəli sürdülər. Sonra məktəbin psixoloqu Arzu Məmmədova valideynlər üçün seminar keçirdi, şagirdlərlə apardığı  sorğular və təlimlər haqqında geniş məlumat verdi, valideynlərə öz övladlarına qarşı daha diqqətli olmağı tövsiyə etdi. Sonda şagirdlərimizin ifasında şeir və mahnılar səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi