OCEP2019 layihəsi çərçivəsində tədbir -“Latviyaya qonaq olaq!”

Bu gün məktəbimizdə “Olimpiya mədəniyyəti və Təhsili Proqramı - OCEP 2019 çərçivəsində   “Latviyaya qonaq olaq!” adlı qardaşlıq və dostluq tədbiri keçirildi. Tədbirdə Latviya Respublikasının  Azərbaycandakı səfiri Yuris Maklakovs,Yasamal rayon İcra Hakimiyyətinin başçısı  Əziz Əzizov, xalq yazıçısı Çingiz Abdullayev  və digər məsul qonaqlar iştirak edirdi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Rəna Süleymanova açdı. O, qonaqları salamladıqdan sonra məktəb və OCEP2019 layihəsi çərçivəsində görülmüş işlər haqqında ətraflı məlumat verdi. Sonra şagirdlər tərəfindən hazırlanmış və özündə Latviya haqqında geniş məlumat əks etdirən videoçarx nümayiş olundu.  Daha sonra  şagirdlər tərəfindən  Latviya mədəniyyəti nümayəndələrinin repertuarından müxtəlif  nömrələr  ifa olundu. Şagirdlərin təqdimatında Raymond Paulsun, Layma Vaykulenin, Vitasın  obrazları, mahnı və rəqsləri  tədbirə xüsusi rəng qatdı.  Çingiz  Abdullayevin əsərlərinin baş qəhrəmanı Dronqo və onun latviyalı dostu Edqar Veydemanisin rollarında çıxış  edən şagirdlər hər iki dövlətin nümayəndələrinin dostluq və həmrəyliyinin bariz nümunəsini nümayiş etdirdilər. Şagirdlərimiz tərəfindən xalq mahnısı “Sarı gəlin”, M. Maqomayevin “Azərbaycan” mahnısı məharətlə ifa olundu. Latviya və Azərbaycan dövlətlərinin milli musiqi və rəqslərindən ibarət bədii proqram bütün qonaqlar tərəfindən rəğbətlə qarşılandı.  Uşaqların birlikdə ifa etdikləri “Dostluq” rəqsi Azərbaycan dövlətinin mükəmməl multikultural dəyərlərə mənsub olduğunu bir daha qonaqlara sübut etdi. Qonaqlar tədbir haqqında, Latviya dəyərlərini özündə əks etdirən tərtibat haqqında, şagirdlərin rəngarəng çıxışları haqqında çox müsbət fikirlər söylədilər. Çingiz Abdullayev bildirdi ki, XXI əsrin şagirdləri XX əsrin obrazlarını çox təbii  canlandırdılar və bizə nostalji hisslər yaşatdılar. Yasamal rayon İcra Hakimiyyətinin başçısı  Əziz Əzizov “OCEP 2019”  layihəsinin ölkə gənclərinin həyatında böyük önəm kəsb etdiyini söylədi. Latviya Respublikasının səfiri məktəbdən  xoş təəssüratlarla ayrıldığını bildirdi. Sonda Mikayıl Müşfiqin abidəsi önünə güllər qoyuldu və xatirə şəkilləri çəkdirildi.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi