Alman dilində oxu yarışmasında uğurumuz
May ayının 22-də Almaniyanın Azərbaycanda fəaliyyət göstərən təşkilatı "Xaricdə Məktəblərin Mərkəzi İdarəsi" - ZFA tərəfindən ənənəvi olaraq dil imtahanı keçirildi. İmtahan artıq üçüncü dəfədir ki, keçirilir.İmtahana ZFA-nın metodist mütəxəssisi Aleksandr Eşer başçılıq edirdi. "Alman dilində oxu yarışmasında" məktəbimizin şagirdləri Əbilov Namid və Əhmədova Müjgan iştirak etdilər və diplomlarla təltif olundular. Bu yarışma iki mərhələdən ibarətdir: birinci mərhələdə şagirdlər əvvəlcədən hazırladıqları şeir, mətn, hekayəni əzbər deməlidirlər. İkinci mərhələ tanış olmayan mətnin oxunmasından ibarətdir. Şagirdlərimiz hər iki mərhələdən uğurla keçərək xüsusi diplom və sertifikat qazandılar. Qeyd edək ki, Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəb "PASCH-məktəbləri" layihəsi çərçivəsində artıq 10 ildir ki, Höte İnstitutu ilə əməkdaşlıq edir.