Şagirdlərimiz “Muzeylər və Nəsimi irsi” proqramı çərçivəsində muzeylərdə oldular
Dünya mədəni ictimaiyyəti tərəfindən hər il mayın 18-i Beynəlxalq Muzey günü kimi qeyd edilir. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi məktəbliləri Bakı şəhərində fəaliyyət göstərən muzeylərin kolleksiya fondu ilə tanış etmək məqsədilə 12-18 may 2019-cu il tarixlərində “Muzeylər və Nəsimi irsi” proqramı üzrə muzey həftəsi təşkil etmişdi. Şagirdlərimiz muzey həftəsi çərçivəsində muzeylərdə oldular. Belə ki, 9-cu sinif şagirdləri Azərbaycan Milli İncəsənət Muzeyində, ibtidai sinif şagirdlərimiz “İçərişəhər” DTMQ, Şirvanşahlar sarayı kompleksində, Təhsil muzeyində və digər muzeylərdə oldular. Eyni zamanda 8-ci sinif şagirdlərimiz OCEP2019 çərçivəsində Müasir İncəsənət muzeyində oldular. Burada onlar latviyalı rəssam İveta Vetsenanenin yaradıcılığı ilə tanış oldular və onun kəhrəba saplardan toxunmuş xalça kolleksiyasına tamaşa etdilər. Sərgidə Latviya səfirliyinin nümayəndələri də iştirak etdilər.