OCEP 2019 layihəsi çərçivəsində açıq dərs keçirildi

Mayın 14-də OCEP 2019 layihəsi çərçivəsində daha bir tədbir baş tutdu. Belə ki, məktəbimizin 8-ci sinif şagirdləri Latviya ədəbiyyatının ən parlaq nümayəndələrindən biri, yazıçı, publisist, görkəmli mədəniyyət xadimi İmant  Ziedonisin “Epifaniyalar” əsərini müzakirəyə çıxartdılar. “Epifaniya”-yunan sözüdür. Həyatın ən maraqlı anlarının bir anlıq işıqlandırılması, əks olunması, fikirlərin, hadisələrin, hərəkətlərin incə təhlili deməkdir. Fəlsəfi məzmun daşıyan və mənsur şeir formasında yazılan bu əsər şagirdlər tərəfindən ətraflı təhlil olundu. Kitabda xeyirxahlıq, mərhəmət, səmimiyyət, insana və insanlığa hədsiz məhəbbət, doğulduğun və yaşadığın torpağa hörmət motivləri geniş yer tutur. Xüsusi janrda yazılmış bu şeirlərdə bir sadəlik, canlılıq, istilik duyulur. Şagirdlər əsərin xarakterini, qeyri-adi ruhunu, şairin fəlsəfi fikirlərini  çatdırmağa çalışdılar. Sonda İmant Ziedonisin öz ifasında “Epifaniyalar” əsərindən parçalar səsləndirildi. Dərsdə məktəbimizin müəllimləri, Bakı Slavyan Universitetinin  dosentləri- Tamilla Məhərrəmova, Elmira Rəsulova və məktəbimizdə təcrübə keçən tələbələr iştirak etdilər.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi