Ümummilli liderə həsr olunmuş dərslər keçirildi
Bu gün 7ç sinfində Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş açıq dərs keçirildi. Dərsdə ümummilli liderə həsr olunan film nümayiş olundu. Şagirdlər böyük şəxsiyyətin həyatı və Azərbaycanımız naminə, ölkəmizin inkişafı yolunda gördüyü saysız-hesabsız işlər barədə məlumat verdilər. Daha sonra tarix müəllimi Ülkər Qulammirzəyeva çıxış edib bildirdi ki, Ulu öndər Heydər Əliyev Azərbaycanı dönməz müstəqilliyə, inkişafa apardı. Azərbaycan xalqı xoşbəxtdir ki, bu ölkəyə Heydər Əliyev kimi müdrik insan, siyasi lider rəhbərlik edib və bu gün bu siyasi xətt dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 5c sinfində isə məktəbimizdə təcrübə keçən Bakı Slavyan Universitetinin filologiya və jurnalistika fakültəsinin IV kurs tələbəsi Yasəmən Məmmədli “ Sən tarix oğlusan” mövzusunda dərs-təqdimat hazırlamışdı. Şagirdllər Ulu öndərin həyat və fəaliyyəti haqqında hazırladıqları məlumatları təqdim etdilər, sonra yazdıqları esseləri oxudular. Dərs “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” mahnısının birgə ifası ilə tamamlandı.