5-ci sinif şagirdlərimiz səhər yeməyi süfrəsi hazırladılar

Mayın 6-da 5-ci siniflərdə nümunəvi texnologiya dərsi keçirildi. Əvvəlcə şagirdlər texnologiya müəllimi Qalina İmanbayevanın suallarına cavab verdilər, açıq və qapalı sendviçlər haqqında əldə etdikləri bilikləri təqdim etdilər. Sonra evdən gətirdikləri ərzaqlardan istifadə edərək, ləzzətli sendviçlər hazırladılar, tosterdə qızdırdıqları çörəklərin üzərinə pendir, pomidor, göyərti qoyaraq buterbrodlar hazırladılar, müəllimlərini və sinif yoldaşlarını qonaq etdilər. Şagirdlər əldə etdikləri bilikləri tətbiq edərək, ləzzətli və səliqəli səhər yeməyi süfrəsi düzəltməyi öyrəndilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi