Oxu günündə iştirakımız

Aprelin 21-də Heydər Əlyev Mərkəzinin parkında “Oxu Günü” keçirildi. “Gəlin birgə oxuyaq!” şüarı altında keçirilən “Oxu Günü”nün məqsədi yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılmasına yönəldilmişdi. Tədbirdə paytaxtın müxtəlif ümumi təhsil müəssisələrinin şagirdləri təqdimatlarla çıxış etdilər, müxtəlif dram əsərlərindən səhnələr, tamaşalar təqdim olundu.

Məktəbimiz Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasını təqdim edirdi. Poemanın “Leylinin çıraqla söhbəti”, “Leyli ilə Məcnunun söhbəti”,“Leylinin ölümü” hissələri səhnələşdirilmişdi.  Füzuli obrazını 11-ci sinif şagirdi Murad Balayev məharətlə canlandırmışdı. Leyli rolunda 10-cu sinif şagirdi Rəşidə Abbasova, Məcnun rolunda isə Mirismayıl Kazımlı çıxış edirdi. 7-ci sinif şagirdi Hikmət Qasımov Füzulinin qəzəllərinə bəstələnmiş muğamları çox gözəl ifa etdi. Çıxış üçün hazırlanmış dekorasiyalar, “aktyorlar”ın kostyumları və qrimləri, qədim əşyalar,  səhnə düzümü 15-ci əsr ab-havası yaratmışdı. Şagirdlərimiz öz ifalarını həvəslə bir neçə dəfə nümayiş etdirdilər. Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, digər məktəblərin şagird və müəllim kollektivləri, tədbirə gələnlər pavilyonumuzun qonağı oldular. Sonda xatirə şəkilləri çəkdirildi.

 

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi