Nümunəvi texnologiya dərsi keçirildi

Aprelin 17-də məktəbimizin 9b sinfində texnologiya fənni üzrə nümunəvi dərs keçirildi.  Şagirdlər “Xəmir xörəklər”, “İsti xörəklər”, “Toyuğun emalı” qruplarına bölünərək işə başladılar. Texnologiya müəllimi Mirvari Quliyeva qızlara kündə açmağı, əriştə kəsməyi, düşbərə və gürzə bükməyi başa saldı. Önlük və əlcək geymiş qızlar böyük həvəslə öyrəndiklərini tətbiq etməyə başladılar. Qızlar nazik əriştə kəsdilər, xəmir açaraq göy və ət qutabı hazırladılar, gözəl naxışlı gürzələr bükdülər.

Texnologiya müəllimi  Nuriyyə Qurbanova oğlanları toyuğun bölünməsi və doğranması qaydaları ilə tanış etdi. Oğlanlar toyuqları doğradılar, kiçik hissələrə böldülər. Sonra onlar toyuqları yudular, kartof da təmizləyərək ləzzətli bir xörək hazırladılar. Qızlar da hazırladıqları xəmir xörəkləri süfrəyə düzdülər. Şagirdlər məktəbin müəllimləri və işçilərini böyük həvəslə hazırladıqları yeməklərə  qonaq etdilər. Eyni zamanda xəmir xörəklərin hazırlanması texnologiyası yeməkxanaya nahar etməyə gələn şagirdlərə nümayiş etdirildi, qədim milli mətbəximizin ekoloji cəhətdən təmiz məhsullardan hazırlanmış yeməklərinin insan sağlamlığı üçün böyük əhəmiyyəti qeyd olundu. XI sinif şagirdlərinin iştirakı ilə Azərbaycanın milli yeməklərinə həsr olunmuş bu interaktiv məşğələ böyük marağa səbəb oldu. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi