“Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi” müsabiqəsi üzrə görülən işlər

Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində “Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi” müsabiqəsi üzrə  məktəbimizin “Ekoklub” üzvləri“Suya qənaət” nominasiyası üzrə ekoloji tədbirlərdə iştirak etdilər. “Su- həyatdır” mövzusunda təqdimatla çıxış edən gənc ekoloqlar dünyanın və Azərbaycanın su ehtiyatları, su hövzələrinin ekoloji problemləri, qlobal içməli su problemi, çirkləndiricilərin növləri və çirklənmiş suların insan sağlamlığına təsiri haqqında ətraflı məlumat verdilər. Məktəbdə və yaşayış yerlərində içməli suya qənaət üsulları işçi qruplarda müzakirə edildi. Ekoklub üzvləri praktik məşğələlərdə təbii materiallardan istifadə etməklə, suyun mexaniki təmizlənməsinə aid tədqiqat işlərini yerinə yetirdilər.  Ekoklub üzvlərinin iştirakı ilə məktəbdə su sərfiyyatının azaldılması məqsədilə monitorinq keçirildi, su kranlarının, sifonların vəziyyəti qeydə alındı və nöqsanlar aradan qaldırıldı.

Gənc ekoloqlar “Sağlam təhsil” ibtidai sinif şagirdləri ilə görüşərək suyun qənaətli istifadəsinin əhəmiyyəti barədə söhbət apardılar. Suyun səmərəli istifadəsinə aid qısa videoçarx hazırlanıb nümayiş etdirildi. “Su haqqında nə bilirik?” mövzusunda ekoloji viktorina keçirildi. Suya qənaətin vacibliyi barədə müraciətnamələr hazırlanıb sanitar qovşaqlarında yerləşdirildi. Məktəblilər arasında su sərfiyyatına münasibətin öyrənilməsi məqsədilə xüsusi sorğu vərəqləri tərtib olunaraq sorğu keçirildi.Ekoklub üzvləri şagirdlər və valideynlər arasında suyun səmərəli istifadəsini təbliğ edərək, məişətdə və məktəbdə su israfçılığının aradan qaldırılmasının vacibliyini izah etdilər.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi