Şagirdimiz «WORLD HARMONY» müsabiqəsində iştirak edib

2019-cu il 2-8 aprel tarixlərində Bakı şəhərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, MDB iştirakçı dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (МФГС), Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə Gənc ifaçıların «WORLD HARMONY» Beynəlxalq klassik və folklor musiqi müsabiqəsinə start verilib. Gənc ifaçıların «WORLD HARMONY» Beynəlxalq klassik və folklor musiqi müsabiqəsi instrumental solo – fortepiano, simli alətlər, nəfəs və zərb alətləri, xalq çalğı alətləri, vokal – (akademik, milli, estrada), rəqs və instrumental ansambllar (klassik və milli), vokal ansambllar (akademik, milli və estrada), xor və rəqs kollektivləri  nominasiyaları üzrə təşkil edilib. Yarışmaya beş yaş qrupu üzrə respublikamızın və dünyanın müxtəlif ölkələrindən  346 nəfər solo ifaçı qatılıb. Müsabiqə iştirakçıları  Azərbaycan daxil olmaqla  Belarus, Fransa, Gürcüstan, İsrail, Qazaxıstan, Litva, Macarıstan, Monako, Rusiya, Özbəkistan  kimi ölkələrdən   dəvət olunmuş 19 nəfər mütəxəssisdən ibarət  mötəbər və ciddi  münsiflər heyəti tərəfindən qiymətləndirilib. Məktəbimizin 6-cı sinif şagirdi Müzəffər  Fərzəliyev də  bu müsabiqədə vokal nominasiyası üzrə iştirak edib. Onun ifası,  təmiz və cingiltili səsi, səhnə mədəniyyəti münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və o öz yaş qrupu üzrə I yerə layiq görülüb. Müzəffər Fərzəliyev  aprelin 7-də  M. Maqomayev adına Azərbaycan Akademik Dövlət Filarmoniyasında keçirilən  «WORLD HARMONY» Beynəlxalq klassik və folklor musiqi müsabiqəsi qaliblərinin  qala-konsertində də iştirak edib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi