“Emosional sağlamlıq psixoloji sağlamlığın əsasıdır” başlığı altında silsilə məşğələlər keçirildi

Aprelin 7-si Ümumdünya Sağlamlıq günü ilə əlaqədar olaraq məktəbimizin Sağlam Təhsil siniflərində məktəbin psixoloqu Arzu Məmmədova tərəfindən həftə ərzində “Emosional sağlamlıq psixoloji sağlamlığın əsasıdır” başlığı altında silsilə məşğələlər keçirildi. Məşğələlərdə mövzu ilə bağlı şagirdlərlə söhbətlər aparıldı, oyunlar keçirildi, maraqlı psixoloji metodikalar tətbiq olundu. Uşaqlar müxtəlif hiss və emosiyaları-sevgi, xoşbəxtlik, kədər, qorxu, paxıllıq, əsəbilik, nifrət, tənhalıq, günahkarlıq və s. özlərinə məxsus şəkildə oyunlar vasitəsilə təqdim etdilər. Məşğələlərin sonunda belə bir yekun nəticəyə gəldilər ki, insanlar müsbət və mənfi hisslərə, emosiyalara malikdirlər. “Emosional cəhətdən sağlam insan həm psixoloji, həm də fiziki cəhətdən sağlam olur”-düşüncəsi uşaqlara aşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi