"İnkişaf etmiş ölkələrin müqayisəli təhlili" mövzusunda təqdimat müsabiqəsi keçirildi

Bu gün 8-ci siniflər arasında "İnkişaf etmiş ölkələrin müqayisəli təhlili" mövzusunda təqdimat müsabiqəsi keçirildi. Müsabiqədə inkişaf etmiş ölkələrin relyefi, ərazisi və əhalisi, iqtisadiyyatı, kənd təsərrüfatı, mədəniyyəti, təhsili və səhiyyəsi həmin ölkələri təmsil edən komandalar tərəfindən ətraflı təhlil olundu. 8a sinfi Ingiltərə və Fransanın müqayisəli təhlilini apardı,həmin ölkələrin tarixi yerlərinə  vizual ekskursiya təşkil etdi. 8b sinfi öz çıxışına maraqlı bir giriş verdi. Onlar tədbir iştirakçılarına təqdim etdikləri ölkələrə getmək üçün simvolik təyyarə bileti payladılar. Daha sonra Venn diaqramı əsasında İsveç və Norveçi təhlil etdilər, hazırladıqları plakatı və videoçarxı nümayiş etdirdilər. 8c sinfi İtaliya və İspaniyanı təqdim edirdi. Onlar İtaliyanın zəngin tarixini geniş araşdırdılar, İspaniya mədəniyyətini hərtərəfli təhlil etdilər. Sonda onlar ispan və italyan dillərində hazırladıqları kiçik dialoqları tədbir iştirakçılarına təqdim etdilər. Bir-birindən maraqlı təqdimatlar münsiflər heyəti tərəfindən yüksək qiymətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi