“Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi” müsabiqəsi üzrə görülən işlər

Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində “Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi” müsabiqəsi üzrə  məktəbimizdə Ekoloji şura yaradılmışdır. Məktəbdə fəaliyyət göstərən “Ekoerudit” Ekoklub üzvləri məşğələ zamanı LED, spiral, közərmə elektrik lampalarının növləri, güçü, ekoloji cəhətdən qənaətli və məqsədəuyğun olması barədə məlumatlandırılmışdılar. Ekoklub üzvlərinin iştirakı ilə məktəbin enerji sərfiyyatının monitorinqi keçirilmişdir. Məktəbin aylıq enerji sərfiyyatı barədə məlumat toplanıb, enerjidən istifadəni azaltmaq üçün təkliflər verilmişdir. Məktəbin akt zalında, idman zalında, yeməkxanada, müəllimlər otağında və sinif otaqlarında istifadə olunan elektrik lampalarının növü və sayı müəyyən edilmişdir.

Toplanan məlumatlar əsasında təqdimat hazırlanmışdır. Xüsusi interaktiv cədvəllər üzrə qruplarla iş təşkil edilmişdir. Alternativ enerjini əks etdirən “Külək”, “Günəş” və “Su” adlı işçi qruplar hər sinif otağının sahəsinə görə optimalişıqlandırma səviyyəsini hesablamılş və elektrikə qənaət üçün təkliflər hazırladılar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi