"Dünyanın qeyri-adi səhraları" mövzusunda dərs keçirildi

Aprelin 3-də 6-cı siniflərdə "Dünyanın qeyri-adi səhraları" mövzusunda maarifləndirici xarakterli dərs keçirildi. Dərs 10-cu sinif şagirdləri tərəfindən aparılırdı. Şagirdlər dünyanın qeyri-adi və ən məşhur səhraları haqqında geniş  məlumat toplamışdılar. Onlar topladıqları məlumatları təqdim etdikdən sonra komandalara bölündülər. Komandalar  səhraların adı ilə “Atakama”, "Ağ səhra",”Qara səhra”, “Taklamakan”, ”Moxave”,”Əlvan səhra” adlanırdı. Şagirdlər qeyri-adi səhralar haqqında hazırladıqları bir-birindən maraqlı məlumatları, çəkdikləri şəkilləri, plakatları  təqdim etdilər.  Hər təqdimatdan sonra videoçarx nümayiş olundu. Sonda  komandalar bir-birinə suallar verərək əldə etdikləri bilikləri möhkəmləndirdilər.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi