Mülki Müdafiə günü keçirildi
Aprelin 2-də məktəbimizdə Mülki Müdafiə günü keçirildi. Tədbir “Ehtimal olunan fövqəladə hadisələr zamanı davranış qaydaları” başlığı altında keçirilirdi. Şagirdlər “Zəlzələ”, “Daşqın”, “Vulkan”, “Yanğın” komandalarına bölündülər və təqdim etdikləri təbii fəlakətləri ətraflı müzakirə etdilər. Hər komanda təqdimatla yanaşı, xüsusi plakatlar da hazırlamışdı. Dərsi 7-ci sinif şagirdi Nigar Bağırova idarə edirdi. Təqdimatlar bitdikdən sonra Fövqəladə Hallar Nazirliyinin geniş fəaliyyətini əks etdirən videorolik nümayiş olundu. Sonra məktəbin hərbi rəhbəri Telman Məmmədov şagirdlərə yanğınsöndürən balonun iş prinsipi, yeni tipli yanğınsöndürən toplar, əleyhqazın iş prinsipi haqqında məlumat verdi. Sonda 7-ci sinif şagirdi Denis Mayorovun hazırladığı “Dünyanın qeyri-adi təbii fəlakətləri” adlı videofilm nümayiş olundu.