Potensial risk qrupunda olan şagirdlərlə işin təşkili
Martın 29-da 9-cu siniflərdə ixtisas fənlərini tədris edən müəllimlərlə görüş keçirildi. Görüşü təlim-tərbiyə işləri üzrə direktor müavini Bəsti Ağayeva açdı. O, martın 18-də Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən zəif təlim nəticəli şagirdləri müəyyənləşdirmək məqsədilə keçirilən monitorinqin nəticələrini elan etdi. Bütün fənlər üzrə nəticələr müzakirə olundu. Müəllimlərin fikirləri və proqnozları dinlənildi. Potensial risk qrupunda olan şagirdlər müəyyənləşdirildi. Onlar üçün əlavə məşğələlərin qrafiki hazırlandı. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən göndərilən proqramlar və texniki tapşırıqlar fənn müəllimlərinə təqdim olundu. Risk qrupuna daxil olan şagirdlərlə əlavə məşğələlərin keçirilməsinə nəzarət təlim-tərbiyə işləri üzrə direktor müavini Bəsti Ağayevaya tapşırıldı.