Şagirdlərimiz Heydər Əliyev mərkəzində oldular
Martın 28-də məktəbimizin 7-ci sinif şagirdləri Yasamal Rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev mərkəzində oldular. Onlar Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlarla tanış oldular. Mərkəzdə yaradılmış müxtəlif fotostendlər, kinozallarda nümayiş etdirilən nadir video-sujetlər Heydər Əliyev siyasətinin, onun dövlətçilik fəaliyyətinin öyrənilməsi və gələcək nəsillərə çatdırılmasında xüsusi önəm daşıyır. Mərkəzi ekskursiya edən şagirdlər Azərbaycanın dahi oğlu, bugünkü müstəqil Azərbaycanın memarı olan fenomenal şəxsiyyətin ömür yolunu bir daha səyahət etdilər.