5 yaşlılarımızın əl işləri
Mart ayı ərzində 5 yaşlılarımızın Təsviri fəaliyyət məşğələlərində əldə etdikləri nailiyyətlərinin monitorinqi keçirildi. Balacalar bu məşğələlərdə dekorativ sənət əsərlərinin işlənmə texnikası ilə tanış olmuş, oyma, tikmə, basma, naxış üsullarından istifadə etməklə müxtəlif əl işləri hazırlamışdılar. Əvvəlcə şagirdlər əldə etdikləri biliklər haqqında məlumat verdilər və hazırladıqları işləri təqdim etdilər. Onların “basma naxış” üsulundan istifadə etməklə hazırladıqları əl işləri böyük marağa səbəb oldu. “Bizim kəlağayılar”, “Analarımızın bayramı mübarək olsun!”, “Novruz yumurtaları” mövzularında maraqlı əl işləri nümayiş olundu. 0ç qrupunun şagirdləri əllərinin izlərini kağız üzərində əks etdirərək gül təsəvvürü yaratmağa çalışdılar. Digər balacalarımız isə kartofu rəngli boyalara batırıb kağız üzərində basma üsulu ilə rəngli yumurta naxışı yaratdılar və öz kompozisiyalarına “Səbətdə yumurtalar” adı verdilər. Məktəbin foyesində 5 yaşlıların əl işlərindən ibarət sərgi nümayiş olundu.