“Снежная королева” nağılı müzakirə olundu
Məktəbimizdə "Mütaliə vərdişlərinin təkmilləşdirilməsi və nitq mədəniyyətinin formalaşdırılması" istiqamətində silsilə tədbirlər keçirilir. Bu gün də məktəbimizin 3e sinfində “Снежная королева” nağılının müzakirəsi keçirildi. Əvvəlcə şagirdlər əsərin müəllifi Qans Xristian Andersen haqqında maraqlı prezentasiya təqdim etdilər. Sonra onlar əsərin dili və üslubu, sujeti və məzmunu üzərində geniş müzakirələr apardılar. Əsərdəki qəhrəmanları təhlil etdilər, nağıl janrı haqqında öz fikirlərini bildirdilər. Onlar bildirdilər ki, dostluq, sədaqət, xeyirxahlıq bütün maneələri keçməyə, ən soyuq ürəkləri isitməyə qadirdir. Şagirdlər xeyrin qələbəsi, təntənəsi nağıldakı möcüzələr haqqında maraqlı fikirlər irəli sürdülər. Sonda şagirdlərin nağıl üçün hazırladıqları illüstrasiyalar nəzərdən keçirildi.