Mülki Müdafiə günü keçirildi
Bu gün məktəbimizdə 2019-cu il üçün Mülki Müdafiə tədbirlər planına müvafiq olaraq "Uşaqların təhlükəsizliyi bizim məsuliyyətimizdir" mövzusunda Ümumdünya Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirildi. Tədbirə 5 və 6-cı sinif şagirdləri cəlb olunmuşdu. Mövzu ilə bağlı məktəbin direktoru Rəna Süleymanova çıxış etdi. O, son illər Fövqəladə Hallar Nazirliyinin gördüyü işlər barədə şagirdlərə məlumat verdi. Sonra FHN-in fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi. Məktəbin hərbi rəhbəri Telman Məmmədov şagirdlərə yanğınsöndürmə balonunun iş prinsipi haqqında məlumat verdi, əleyhqazın geyilməsi haqqında təlimat keçdi. Sonda şagirdlər Mülki Müdafiə gününə həsr olunmuş stendin qarşısında xatirə şəkli çəkdirdilər.