Unutmadıq! Unutdurmadıq!

Bu gün M.Müşfiq adına 18№ li tam orta məktəbdə Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş ”Unutmadıq! Unutdurmadıq!” adlı ədəbi-bədii gecə keçirildi. Məktəbin direktoru Rəna Süleymanova Xocalı faciəsinin mahiyyəti və tarixi əhəmiyyəti haqqında məlumat verdi. Faciə zamanı həlak olan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Məktəbdə qonaq olmuş Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri Məmməd Arazın “Məndən ötdü, sənə dəydi” əsərinin səhnələşdirilmiş versiyasını tədbir iştirakçılarına təqdim etdilər.Qeyri-adi üslubda hazırlanmış kompozisiya hamının böyük marağına səbəb oldu. M.Müşfiq adına 18№ li tam orta məktəbin şagirdləri “Dünya, Xocalıya Ədalət de!” çağırışı altında maraqlı kompozisiya nümayiş etdirdilər. Sonda məktəbin şagirdləri tərəfindən hazırlanmış və Xocalı həqiqətlərini özündə əks etdirən qısametrajlı film nümayiş olundu.Tədbirdə Akademik Zərifə Əliyeva adına liseyin şagird və müəllim kollektivi, Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi Azad Niyazov, media nümayəndələri iştirak edirdilər.Tədbir kütləvi informasiya vasitələri tərəfindən işıqlandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi