Hər iki valideynini itirmiş Xocalılılarla görüş keçirildi

Fevralın 22-də  Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş uşaqlarla görüş keçirildi. "Həsrətdə yaşayanlar" başlığı altında keçirilən tədbiri giriş sözü ilə açan Rəna Süleymanova XX əsrin sonunda dünyanın gözü qarşısında Azərbaycan xalqına qarşı törədilən dəhşətli Xocalı soyqırımı haqqında qısa  məlumat verdi. Xocalı faciəsi zamanı həlak olan insanların ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra fevralın 25-dən 26-na keçən gecə hər iki valideynini itirmiş Gülnar Tahir qızı Kərimova söz aldı. O, öz valideynləri və bacıları haqqında xatirələri, valideynsiz günlərinin acıları, Xocalı faciəsinin sağalmaz yaraları haqqında danışdı. Hər iki valideynini itirmiş Şahin Əzimov öz xatirələrini göz yaşlarını boğaraq yada saldı. Digər iştirakçılar isə başlarına gələnləri danışmaqda çətinlik çəkdilər. Onların xatirələri bütün tədbir iştirakçılarını sarsıtdı.Sonra "İrəli gənclər" təşkilatı tərəfindən çəkilmiş "Böyüməyən uşaqlar" filmi nümayiş olundu.  Şagirdlərimizin hazırladığı "Həsrətdə yaşayanlar" kompozisiyası  bütün tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. Sonda qonaqlar məktəbin foyesində nümayiş olunan "Xocalı yolları tikanla dolu" adlı rəsm sərgisi ilə tanış oldular. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi