Pedaqoji Şura iclası keçirildi

Fevralın 16-da məktəbimizdə Pedaqoji Şura iclası keçirildi. İclasda I yarımilin yekunları, II yarımildə qarşıda duran prioritet məsələlər, "təhsilalanların attestasiyasının aparılması Qaydası" nın tətbiqi ilə bağlı tövsiyələr, yeni qiymətləndirmə vasitələri və digər cari məsələlər müzakirə olundu. I yarımilin yekunları və 9-cu siniflərdə buraxılış fənləri üzrə təşkil edilmiş əlavə məşğələlərin nəticələri haqqında məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Bəsti Ağayeva məruzə etdi. Sonra Metodiki Şuranın sədri İradə Tağıyeva qiymətləndirmə vasitələrinin hazırlanması haqqında danışdı. Daha sonra məktəbin direktoru Rəna Süleymanova I yarımildə keçirilmiş BSQ-lərdə tez-tez rast gəlinən nöqsanlar, II yarımildə qarşıda duran vəzifələr və yeni qaydaların tətbiqi ilə bağlı tövsiyələr haqqında ətraflı məlumat verdi. Diaqnostik, formativ və summativ qiymətləndirməyə qoyulan tələblər müzakirə edildi. 

Pedaqoji Şurada, həmçinin məktəbimizin "Kiçik Akademiya"sı təsis edildi. Kiçik Elmi Akademiyamızın prezidenti məktəbimizin biologiya müəllimi Təranə Sultanzadə təyin edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi