Vertebra Onurğa Mərkəzinin əməkdaşları məktəbimizdə oldular

Fevralın 15-də Vertebra Onurğa Mərkəzinin əməkdaşları məktəbimizdə oldular. Əvvəlcə  onurğa mərkəzinin baş həkimi, ali dərəcəli həkim, vertebroloq İradə Hacıyeva onurğa xəstəlikləri, kifoz, skolioz, osteoporoz haqqında geniş məlumat verdi, bu xəstəliklərin yaranma səbəbləri, müalicəsi və profilaktikası haqqında ətraflı danışdı. Sağlam həyat tərzinin, fiziki hərəkətlərin, qamət tarazlığının vacibliyini vurğuladı. Sonra bu xəstəliklərə həsr olunmuş film nümayiş olundu. Şagirdlərin çoxsaylı sualları cavablandırıldıqdan sonra "Vertebra" Mərkəzinin əməkdaşları şagirdləri müayinə etməyə başladılar. Müayinə zamanı ibtidai, orta və yuxarı sinif şagirdləri tam nəzərdən keçirildi, şagirdlərə faydalı məsləhətlər verildi. Müəyyən qüsurları olan şagirdlərə Onurğa Mərkəzində   aparat müayinəsindən keçmək tövsiyə olundu. Tədbirdə Azərbaycan Respublikası Qadınlar Cəmiyyətinin  sədri və fəalları, milyonçu Ağamusa Nağıyevin nəvəsi iştirak etdilər. Tədbir hamı tərəfindən böyük maraqla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi