Sabahın alimləri müsabiqəsində

Fevralın 12-də Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Prezidentinin yanında Elmin İnkişafı fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilən  "Sabahın alimləri” VIII Respublika müsabiqəsinə start verildi. Müsabiqə riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. Müsabiqənin keçirilməsində məqsəd yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il  ABŞ-da keçirilən İnteI İSEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir. 

Bu il məktəbimiz də bu müsabiqəyə qatıldı. Məktəbimizin 9-cu sinif şagirdi Məmmədzadə Namiq və 11-ci sinif şagirdi Məmmədzadə Faiq kompüter elmləri üzrə "Cleaner-X" layihəsi ilə məktəbimizi təmsil edirdilər. Onların düzəltdiyi robot uşaq bağçalarında yerə tökülmüş əşyaları yığaraq küncdə qoyulmuş xüsusi qutuya boşaldırdı. Robotun düzəldilməsində məqsəd tərbiyəçilərin işini yüngülləşdirmək, onların uşaqların sosiallaşmasına daha çox vaxt ayırmasına imkan yaratmaq idi. İki gün davam edən müsabiqə şəhər ictimaiyyətinin  böyük marağına səbəb oldu. Fevralın 13-də Bakı məktəbləri müsabiqənin işləri ilə tanış oldular. Fevralın 14-də təltifetmə mərasimi keçirildi. Şagirdlərimiz Acer şirkəti tərəfindən 5 seçilmiş ən yaxşı iş kimi təltif olundu. Şagirdlərimizə kompüter hədiyyə edildi. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi