“Сказка о потерянном времени”  əsərinin müzakirəsi keçirildi

Fevralın 4-də  mütaliə vərdişlərinin təkmilləşdirilməsi çərçivəsində   3ə sinfində  “Сказка о потерянном времени”  əsərinin müzakirəsi keçirildi. Şagirdlər əvvəlcə əsərin müəllifi Yevgeniy Şvarts haqqında məlumat verdilər, sonra isə əsəri təhlil etməyə başladılar. Onlar qruplara bölünərək əvvəlcədən hazırladıqları ev tapşırıqlarını təqdim etdilər, sonra sinif müəllimi Gültəkin Həsənovanın suallarına cavab verdilər. Sual-cavab və təhlillərdən sonra ibtidai siniflər üzrə direktor müavini Tahirə Məmmədbəyova və məktəbin direktoru Rəna Süleymanova şagirdlərə maraqlı suallar ünvanladılar. Onlar vaxt, itirilmiş vaxtın dəyəri, vaxta bərabər digər dəyərlər haqqında maraqlı diskussiyalar apardılar, şagirdləri interaktiv  iştiraka cəlb etdilər. Eyni zamanda əsərin ideyası, dili, qəhrəmanları geniş təhlil olundu. İnteraktiv müzakirələr əsasında qərara alındı ki, şagirdlər 6 qrupa bölünərək, yeni bir hekayə yazsınlar. Sonradan hekayələr birləşdirilsin və hər hansı bir jurnalda çap edilsin. Şagirdlər həvəslə bu təklifə qoşuldular, tədbirdə iştirak edən valideynlər də təklifi bəyəndilər. Şagirdlərə bu tapşırığı yerinə yetirmək üçün bir ay vaxt verildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi