Mehdi Hüseynin “Odlu qılınc” əsərinin təhlili

Azərbaycan Respublikası Təhsil Nazirinin “Ümumtəhsil məktəb şagirdlərində mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması barədə” əmrini əsas tutaraq M.Müşfiq adına 18№li tam orta məktəbdə yazıçı- tənqidçi Mehdi Hüseynin “Odlu qılınc” əsərinin müzakirəsi və təhlili aparıldı. 3a və 3b sinif şagirdləri əsəri böyük həvəslə mütaliə etmiş və müzakirələrə hazırlaşmışdılar. Müzakirə üçün məhz bu əsərin seçilməsi şagirdlərə vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə hörmət, el-obaya sədaqət hisslərinin aşılanması idi. Müəllimlər şagirdlərə müxtəlif istiqamətləndirici suallar verərək, onların əsərin ideyası ilə bağlı doğru nəticələr çıxarmalarına nail oldular. Əsərdən müəyyən parçaların səhnələşdirilməsi tədbir iştirakçılarının böyük marağına səbəb oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi