"Yaxşılıq etməyə tələsin!" - Ümumdünya Yaxşılıq gününə həsr olunmuş xeyriyyə aksiyası
Mikayıl Müşfiq adına 18№ li tam orta məktəbdə 17 fevral - Ümumdünya Yaxşılıq günü münasibətilə xeyriyyə aksiyası keçirildi. Bu ideya məktəb parlamenti tərəfindən irəli sürülmüşdü. Aksiyada şagirdlər tərəfindən çəkilmiş şəkillər və hazırlanmış əl işləri satışa çıxarıldı. Məktəbin müəllimləri , valideynləri və məktəbə gələn qonaqlar həvəslə bu aksiyaya qoşuldular. Aksiyanın keçirilməsində məqsəd qayğıya ehtiyacı olan hər bir kəsə yardımının göstərilməsi idi. Aksiyadan yığılan vəsait uşaqlar və qocalar evlərinə yönəldiləcək.