Sağlam Təhsil siniflərində oxuyan şagirdlərimizin uğurları
Yanvarın 7-də Təhsil Nazirliyi tərəfindən Sağlam Təhsil siniflərinə baxış keçirildi. Şagirdlərin əldə etdiyi nailiyyətlər , onlaın inkişaf dinamikası izlənildi. Xüsusi nailiyyəti və istedadı ilə seçilən şagirdlər qiymətləndirildi. Qeyd edək ki, Sağlam Təhsil layihəsi üzrə təhsil alan 4-cü sinif şagirdlərimiz "Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi" çərçivəsində keçirilən "İbtidai siniflərdə riyazi istedada malik olan şagirdlərin aşkarlanması və onların beynəlxalq yarışlara inteqrasiyasının təmini" layihəsində uğur qazanaraq, gümüş və bürünc medallara layiq görülmüşlər. Eyni zamanda ST 4-cü sinif şagirdlərimiz idman yarışlarında da böyük uğurlara imza atmışlar. Belə ki, Nəcəf Nəsrullayev cüdo üzrə, Yusif Cəfərov isə karate üzrə bir çox respublika və beynəlxalq səviyyəli yarışların qalibidirlər. Hazırda onlar hər ikisi dünya çempionatına hazırlaşırlar. Paşayev Sübhan və Abdullayev Can isə riyaziyyat fənninə xüsusi maraq göstərirlər. Onlar beynəlxalq riyaziyyat olimpiadasında qızıl və gümüş medala layiq görülmüşlər. “Sağlam Təhsil- Sağlam Millət” layihəsinə və şagirdlərimizə uğurlar arzu edirik!