“Qədim Yunanıstanda Olimpiya oyunları” mövzusunda təqdimat müsabiqəsi
Dekabrın 21-də məktəbimizdə tarix aylığı çərçivəsində 9-cu siniflər arasında “Qədim Yunanıstanda Olimpiya oyunları” mövzusunda keçirilən təqdimat müsabiqəsinə yekun vuruldu. Şagirdlər müsabiqə üçün çox maraqlı təqdimatlar hazırlamışdılar. Hər bir komanda münsiflər heyətini yunan dilində salamladıqdan sonra təqdimatını nümayiş etdirdi. Təqdimatlarda Olimpiya oyunlarının yaranması, tarixi, bu günə qədər olan inkişaf mərhələləri öz əksini tapmışdı. Müxtəlif illərdə keçirilən olimpiya oyunları haqqında videoçarxlar hazırlanmışdı. Sonda münsiflər heyəti öz qərarını bildirdi: 9a və 9b sinifləri I yerə, 9ç sinfi II yerə, 9c və 9d sinifləri isə III yerə layiq görüldülər. 9ç sinfi “Ən orijinal geyim” mükafatına layiq görüldü. Sonda qaliblərə zeytun çələngləri təqdim olundu.