Fiziki tərbiyə ongünlüyünə start verildi

Dekabrın 20-də  məktəbimizdə fiziki tərbiyə ongünlüyünə start verildi. Ongünlük çərçivəsində nümunəvi dərslərin, Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş ənənəvi  idman yarışlarının keçirilməsi nəzərdə tutulur. İlk nümunəvi dərs  7a sinfində “ “Olimpiya hərəkatının, idmanın və fiziki tərbiyə dərslərinin məktəblilərin həyatında həlledici əhəmiyyəti”  mövzusunda keçirildi. Şagirdlər “Zəfər”, “Olimp”, “Çempion” , “Zirvə” qruplarına bölünərək,  tədqiqat sualını araşdırmağa çalışdılar. Sonra onlar təqdimat işlərini nümayiş etdirdilər, daha sonra müəllimlərin hazırladığı krossvord suallarını cavablandırdılar.

Dekabrın 21-də isə  Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş ənənəvi idman yarışlarının püşkatma mərasimi keçirildi, yarışların qrafiki müəyyənləşdirildi. Hər il olduğu kimi bu il də şagirdlərimiz bu yarışlara böyük həvəslə hazırlaşırlar.

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi