Məktəbdə xarici dil aylığı çərçivəsində “Winter-Show” adlı tədbir keçirildi

Mikayıl Müşfiq adına 18№ li məktəbdə 05.02.2016-cı il tarixində xarici dil aylığı çərçivəsində “Winter-Show” adlı tədbir keçirildi. Tədbirdə ingilis və alman dillərində şagirdlər tərəfindən müxtəlif səhnəciklər nümayiş etdirildi. Şagirdlər fərqli mədəniyyətlərə malik olan xalqların dillərində hazırladıqları bu səhnəcikləri sevə-sevə tamaşaçılara çatdıra bildilər. Tədbirdə qış fəslinə aid şeirlər və mahnılar səsləndi. III, IV, V, VI, VII, VIII sinif şagirdlərinin nümayiş etdirdiyi “Qırmızı papaq” , “Kralın səhər yeməyi”,”Elflər və pinəçi”, “Pişik və balaları”, “Göyçək Fatma” və s. nağıllar tamaşaçılar tərəfindən maraqla qarşılandı. Alman dilində səslənən “Aschenputtel” tamaşası Azərbaycan-Alman ictimai birliyinin nümayəndəsi tərəfindən böyük marağa səbəb oldu. Xarici dil metodbirləşməsinin və müdiriyyətin təşəbbüsü ilə həyata keçirilən bu tədbirin əsas məqsədi müasir inkişafa, tərəqqiyə doğru addımlayan cəmiyyətdə dilin ünsiyyət vasitəsi kimi şagirdlər tərəfindən mənimsənilməsinə, nitqin səlis inkişafına, səhnə mədəniyyətinin formalaşmasına xidmət edirdi. Tədbirdə iştirak edən qonaqlar şagirdlərlə xatirə şəkilləri çəkdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi