“Yurdun “Heydər” adlı bir dastanısan”

                             Bu gün məktəbimizdə xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar  “Yurdun “Heydər” adlı bir dastanısan” adlı tədbir keçirildi. Əvvəlcə məktəbimizin foyesində Heydər Əliyevin büstü önünə çiçəklər düzərək ,Ulu Öndərin xatirəsini ehtiramla yad etdik. Sonra ümummilli liderin əziz xatirəsi məktəb kollektivi tərəfindən bir dəqiqəlik sükutla anıldı. Tədbiri açıq elan edən məktəbin direktoru Rəna Süleymanova Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim , türk dünyasının böyük oğlu, hələ sağlığında tarixin yaddaşında əbədiləşən  Heydər Əliyevin xalqımız üçün misilsiz xidmətlərindən söz açdı. Sonra tədbir  VIII və X sinif şagirdlərinin  hazırladıqları kompozisiya ilə davam etdirildi. Çıxış edən şagirdlər Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində müstəsina fəaliyyətindən danışdılar. Onun bacarıqlı siyasətçi, diplomat kimi  xidmətlərinə baxmayaraq, incə qəlbli  bir ailə  başçısı, gözəl ata, qayğıkeş baba olmasından da söz açdılar. Sonda şagirdlərimiz tərəfindən hazırlanan  videoçarx  nümayış etdirildi. Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli fəaliyyəti bu gün də hamımız üçün örnəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi